Vakant vəzifələr aşağıdakılardır:
1.Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrası (riyaziyyat müəllimi, fizika müəllimi);
2.Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası (İngilis dili müəllimi).
Müsabiqədə elmi-pedaqoji təcrübəyə, müvafiq elmi ad və dərəcələrə malik olan, ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən magistr elmi ixtisas dərəcəli şəxslər iştirak edə bilərlər.
Müraciət edən namizədlərdən aşağıdakılar tələb olunur:
– kompüterdən (Office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığı;
– tədrisin onlayn formada təşkili üzrə bacarıqlar;
– yüksək peşə-ixtisas və mənəvi keyfiyyətlər.
Sənədlər:
– Şəxsiyyəti təsdiq edən sənədin surəti
– Diplom və diploma əlavənin surəti
– Əmək kitabçasının surəti
Sənədlər bu elan qəzеtdə və adpuagcabedi.edu.az saytında dərc olunan gündən 30 gün müddətində elektron qaydada qəbul edilir.
E-poçt: adpu_aqcabedi@mail.ru
adpu.agcabedi.filiali@adpu.edu.az