spot_img
Ana SəhifəBloq🎯 Menecerinizin Prioritetlərini Aşkar Etmək üçün 7 Sual
spot_img

🎯 Menecerinizin Prioritetlərini Aşkar Etmək üçün 7 Sual

 

Uğurlu karyera qurmaq üçün rəhbərinizin nəyi vacib hesab etdiyini bilmək çox önəmlidir. Ancaq bir çox peşəkar menecerinin nəyə ehtiyac duyduğunu və ya nə istədiyini təxmin etməklə kifayətlənir. Nəticə olaraq: uyğunsuz işlər, vaxt itkisi və itirilmiş imkanlar ortaya çıxır. Bunun səbəbi təkcə rəhbərlərin məşğul olması və ya zəif ünsiyyət deyil — əslində, biz onların prioritetlərini anlamaq üçün doğru sualları vermirik.

Aşağıda rəhbərinizin əsl prioritetlərini, təzyiqlərini və iş tərzini başa düşməyə kömək edəcək 7 əsas sualla tanış ola bilərsiniz:

1. Rəhbəriniz öz rəhbəri ilə hansı hədəfləri müzakirə edir?

Bu sual rəhbərinizin uğur meyarlarını və hansı göstəricilərə əsasən qiymətləndirildiyini göstərir. Onun daha çox diqqət yetirdiyi metrikləri izləyin. Sizin fəaliyyətinizi bu metriklərə uyğun təqdim etməyiniz, komandanız üçün resurs və tanınma əldə etməyinizi asanlaşdıracaq.

2. Komandamız və layihələr haqqında düşündükdə sizi gecələr narahat edən nədir?

Bu sual rəhbərinizin həqiqi problemlərinə və stres mənbələrinə toxunur. Beləliklə, siz bu məsələləri əvvəlcədən həll edə, prosesləri təkmilləşdirə və rəhbəriniz üçün “təhlükəsizlik buferi” rolunu oynaya bilərsiniz. Bu da sizə qarşı etimadı artırar.

3. 90 gün sonra “Həqiqətən fərq yaratdı” dedizdirəcək hansı dəyişiklikləri görmək istərdiniz?

Burada konkret zaman çərçivəsi vacibdir. 90 gün həm real nəticə göstərmək, həm də strateji düşünmək üçün uyğundur. Rəhbərinizin cavabı qeyri-müəyyənsə, alternativlər təqdim edin: “Bizim üçün daha böyük təsir nə olar — müştəri sayını ikiqat artırmaq, yoxsa istifadəçi başına gəliri 40% artırmaq?”

4. Daha çox vaxt ayırmaq istədiyiniz iş hansıdır?

Bu sual rəhbərinizin vacib hesab etdiyi, amma daim təxirə salınan işləri üzə çıxarır. Əgər bu işlərdə siz dəstək göstərə bilsəniz, həm siz inkişaf etmiş olarsınız, həm də rəhbərinizin vaxtını strateji məsələlərə ayırmasına şərait yaratmış olarsınız.

5. Yaxşı performans necə görünür? Bəs əla performans necə?

Əvvəlcə rəhbərin “yaxşı” dediyi səviyyəni dinləyin. Sonra fasilə verərək “Bəs əla performans necə görünür?” deyin. Bu, rəhbərin real gözləntilərini və texniki bacarıqlardan kənar – məsələn, komandadaxili münasibətlər və strateji düşünmə kimi – nüansları aydınlaşdıracaq.

6. Hazırda hansı yeni tendensiyələrə diqqət etməliyik və bunlardan necə faydalana bilərik?

Rəhbəriniz tez-tez sizin bilmədiyiniz məlumatlara sahib olur: daxili dəyişikliklər, maliyyə proqnozları, bazar təhlükələri. Onun cavabı sizə yaxın gələcəkdə qərarların niyə belə verildiyini anlamaqda kömək edəcək və dəyişikliklərə hazır olmanızı təmin edəcək.

7. Layihə və ya tapşırıq digər işlərimlə müqayisədə nə dərəcədə önəmlidir?

Bu sual sizə rəhbərinizin prioritetləşdirmə düşüncəsini göstərir. Əgər siz bir işi geri çəkmək istəyirsinizsə, bunu “sadəcə çox məşğulam” deməklə yox, rəhbərin öz sözlərini istifadə edərək deyə bilərsiniz:
“Yeni məhsulun təqdimatını əsas prioritet kimi qeyd etdiniz, bu səbəbdən [digər işi] bir qədər geri çəkməliyik ki, əsas məsələyə fokuslana bilim.”

👀 Nəyi izləmək lazımdır?

Təkcə deyilənlərə deyil, deyilməyənlərə də diqqət edin. Rəhbəriniz hansı mövzularda həvəslə danışır, hansılarda tərəddüd edir? Hansı anda səsi dəyişir? Bu müşahidələr, verdiyiniz suallar qədər dəyərlidir.

Nəticə:
Rəhbərinizin prioritetlərini anlamaq, sizi sıravi işçi olmaqdan çıxarıb, strateji tərəfdaş səviyyəsinə qaldırar. Bu 7 sualı düzgün məqamda və doğru tonda soruşaraq, həm şəxsi inkişafınızı təmin edə, həm də komandanız üçün real fərq yarada bilərsiniz.

 

 

Bu məqalə Melody Wilding tərəfindən yazılmış “7 Questions to Decode Your Manager’s Priorities” adlı orijinal yazının Azərbaycan dilinə tərcümə edilmiş və Career Bridge üçün uyğunlaşdırılmış versiyasıdır. Məqalə Harvard Business Review platformasında dərc olunmuşdur.

 

Rasim Həsənzadə
Rasim Həsənzadə
Təhsil mütəxəssisi
OXĹžAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar