“Azərbaycan Könüllülük Həftəsi 2024”-ə həsr olunmuş möhtəşəm bir proqramla bu dəfə Balakən gəncləri üçün gəlirik.
Balakən Gənclər evinin və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək proqram zamanı bir-birindən maraqlı təlimlər, əyləncəli oyunlar, viktorinalar təşkil olunacaq.
Görüş zamanı “Müasir Əmək Bazarı” və ” Bədən dili” mövzularında təlimlər keçiriləcək və coffee break təşkil olunacaq. Sonda iştirakçılar sertifikat ilə təltif olunacaqlar.
Hərkəs dəvətlidir. 😊
🗓 8 Dekabr
⏰ 14:00
📍 Balakən Gənclər evi