spot_img
Ana SəhifəKaryeraDövlət Vergi Xidməti ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət “Yay...
spot_img

Dövlət Vergi Xidməti ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət “Yay Təcrübə Proqramı”na qəbul elan edir.

📢Dövlət Vergi Xidməti tələbələrin bilik və bacarıqlarının artırılmasına və şəxsi inkişafına dəstək vermək məqsədilə ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca dördüncü “Yay Təcrübə Proqramı”na qəbul elan edir.

🗓Proqramda iştirak etmək istəyən tələbələr bu il aprel ayının 14-dən may ayının 14-dək Dövlət Vergi Xidmətinə müraciət etməklə seçim turlarına qoşula bilərlər.

📝“Yay Təcrübə Proqramı”nın seçim turu 3 mərhələdən ibarət olacaq.
“Yay Təcrübə Proqramı” bu il iyul ayının 7-dən sentyabr ayının 5-dək davam edəcək.

📊Hər üç seçim mərhələsindən uğurla keçən tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsində iştirak hüququ qazanacaqlar.
Daha sonra tələbələr #DVX-nin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində praktiki təcrübə keçəcəklər.

📋Proqramda iştirak etmək üçün namizədlərə qoyulan əsas tələblər aşağıdakılardır:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;
  • Cari tədris ilinin payız semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.

📌Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 14 aprel 2025-ci il saat 09:00-dan 14 may saat 23:59-dək həyata keçiriləcək.

🖍Müraciətlər göndərilərkən mövzu hissəsində “Yay Təcrübə Proqramı 2025” qeyd edilməsi ilə yanaşı, şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.

📢Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

📌Ətraflı – rəsmi internet saytımızın (taxes.gov.az) “Xəbərlər” bölməsində.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar