spot_img
Ana SəhifəElan və Xəbərlər📢Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Oxu, qazan!” müsabiqəsi elan edilir.
spot_img

📢Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Oxu, qazan!” müsabiqəsi elan edilir.

😍📚 Əziz kitabsevərlər, yeni yarışa hazırsınız?

📢Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Oxu, qazan!” müsabiqəsi elan edilir.
✅ Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Nəsrəddin şah” və “Ulduz” əsərlərini oxuyaraq fevralın 28-də keçiriləcək onlayn müsabiqəyə qatıla bilərsiniz.

❌ Öncəki yarışlarda qalib olan iştirakçıların nəticələri qeydə alınmayacaq.

📌İmtahanda iştirak üçün indidən aşağıdakı link vasitəsilə “Teleqram” kanalına üzv olmalısınız:
http://t.me/oxuqazan

⏰ Fevralın 28-də, saat 21:00-da “Teleqram” kanalında bütün iştirakçılara eyni anda kitabdan test sualları yayımlanacaq.

Hər test sualına 20 saniyə ərzində cavab vermək imkanınız olacaq və sonra növbəti test sualı yayımlanacaq.

❗ Yarışda sualların vaxtında qəbulu və cavablandırılması üçün yüksəksürətli sabit internetə qoşulmaq tövsiyə olunur.

🎁 Ən çox doğru cavab verən 3 iştirakçıya hədiyyələrimiz var:
1-ci yer “Apple iPad” planşet,
2-ci yer “Honor” smartfon,
3-cü yer “Huawei” simsiz qulaqcıq.

🙋🏻‍♀ Əsərləri aşağıdakı linkdən oxuya və ya kitab mağazalarından əldə edə bilərsiniz:
https://anl.az/el/c/cc-e2.pdf (Səhifə 7-157)

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar