spot_img
Ana SəhifəElan və Xəbərlər📢Qayıdış Könüllüləri Proqramına müraciətləri növbəti dəfə açıq elan edirik!
spot_img

📢Qayıdış Könüllüləri Proqramına müraciətləri növbəti dəfə açıq elan edirik!

📝 Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

📥 Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən işğaldan azad edilmiş #Şuşa #Ağdam #Füzuli #Zəngilan və #Laçın rayonlarından olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilər.

📌 Daha ətraflı: https://qayidish.konullu.az

🗓 Son müraciət tarixi: 16 aprel 2025-ci il

🔊 Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif könüllü fəaliyyətləri göstərəcək, həmçinin mütəmadi olaraq burada keçirilən tədbirlərin təşkilində iştirak edəcək, buraya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

đź”– Qeyd edÉ™k ki, “Qayıdış KönĂĽllĂĽlÉ™ri” Proqramı işğaldan azad edilmiĹź É™razilÉ™rdÉ™ AzÉ™rbaycan Respublikası Prezidentinin mĂĽvafiq xĂĽsusi nĂĽmayÉ™ndÉ™liklÉ™rinin, AzÉ™rbaycan Respublikasının GÉ™nclÉ™r vÉ™ İdman Nazirliyi vÉ™ AzÉ™rbaycan GÉ™nclÉ™r Fondunun dÉ™stÉ™yilÉ™ “BöyĂĽk Qayıdış” GÉ™nclÉ™r Təşkilatı tÉ™rÉ™findÉ™n hÉ™yata keçirilir.

Fürsətlərdən daha tez xəbərdar olmaq üçün WhatsApp kanalımızı izlə:

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXĹžAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar