Bu müsabiqə perspektivli startaplara lazımi dəstək göstərməklə onları uğurlu biznesə çevirmək məqsədi daşıyır.
Müsabiqədə iştirak şərtləri:
- Müsabiqədə hazırda #Azərbaycan universitetlərində təhsil alan bütün tələbələr iştirak edə bilər;
- Startap layihəsi kommersiyalaşdırma potensialı olan innovativ ideya və texnologiyalar əsasında qurulmalıdır;
- Startaplar istənilən sahəni əhatə edə bilər, lakin əsas diqqət innovativliyə yönəlməlidir;
- Digər müsabiqələrdə qalib gələn və ya inkubasiya-akselerasiya proqramlarında iştirak edən startaplar müsabiqəyə qəbul edilmir.
📌 Təqdim olunmalı məlumatlar:
- Startapın adı və komanda üzvləri haqqında məlumat;
- Startapın həll etməyi hədəflədiyi əsas problem;
- Problemin həlli üçün təklif olunan innovativ metod;
- Biznes plan haqqında qısa icmal;
- 6 dəqiqəlik video təqdimat.
📌 Qiymətləndirmə meyarları:
- İdeya və ya texnologiyanın innovativliyi və unikallığı;
- Potensial bazar və böyümə imkanı;
- Təklif olunan biznes modelin reallaşdırılması və davamlılığı;
- Ölçüləbilən göstəricilərə əsaslanması;
- Təqdimatının aydınlığı və effektivliyi;
- Kommersiyalaşdırma potensialı;
Startap komandalarının ən azı 2-4 nəfərdən ibarət olması iştirakçılara üstünlük qazandıracaq
Qiymətləndirmə nəticəsində münsiflər tərəfindən seçilən startapların növbəti mərhələlərə keçidi və inkişafı üçün müvafiq mükafatlar təqdim olunacaq:
🥇 I Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 5.000 Azn-lik xidmət paketi.
🥈 II Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 3.000 Azn-lik xidmət paketi.
🥉 III Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 2.000 Azn-lik xidmət paketi.
📝 Qeyd: Layihələrin Al təməlli olması üstünlükdür.
Perspektivli startaplar investorlara çıxış imkanı qazana bilər.
⌛Müsabiqəyə son müraciət tarixi: 25.04.2025 İdeyanı reallaşdırmaq fürsətini qaçırma