spot_img
Ana SəhifəElan və Xəbərlər🔊 "Gələcəyin Mühəndisləri" təqaüd proqramına qeydiyyat başladı!
spot_img

🔊 “Gələcəyin Mühəndisləri” təqaüd proqramına qeydiyyat başladı!

Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan bu təqaüd proqramı mühəndislik sahəsində təhsil alan 1,2,3-cü kurs (5 illik təhsildə 4-cü kurs) tələbələri üçün nəzərdən tutulmuşdur.

📌 Proqramın məqsədi:

Aşağı kurs tələbələrinə və 3-cü kursda təhsil alan amma hələ də ixtisasları haqqında məlumatlı olmayan tələbələrə qəbul olduqları ixtisası sevdirmək, ixtisasın təməl biliklərini, əsas anlayışlarını öyrətmək, ixtisasın qolları və iş imkanları ilə tanış etməkdir.

📌 Proqram çərçivəsində seçilmiş tələbələrə 2 ay müddətində ixtisasları üzrə kurs keçiriləcək. Dərslər həftədə 1 dəfə (şənbə günü) baş tutacaqdır. Kursun sonunda yekun imtahan keçiriləcək, imtahan nəticəsinə əsasən iştirakçılara diplom və sertifikatlar təqdim olunacaqdır.

🌟 Qəbul 2 mərhələdə aparılacaq:

1) Qeydiyyat prosesi;

2) Qəbul imtahanı (Məntiq və İngilis dili).

✅ 1-ci mərhələ üzrə qeydiyyatdan keçmiş uyğun namizədlər
✅ 2-ci mərhələ üzrə qəbul imtahanına dəvət olunacaqlar.

  • 2-ci mərhələdə hər ixtisas üzrə ən çox bal yığmış 30 tələbə proqramda iştirak haqqı qazanacaq.

İmtahan nəticəsinə əsasən hər ixtisas üzrə:

🏅1,2,3-cü yerlər 100% təqaüd,

🏅4-10-cu yerlər 90% təqaüd

🏅11-20-ci yerlər 70% təqaüd

🏅21-30-cu yerlər 50% təqaüd qazanacaqlar

⌛ Son qeydiyyat tarixi: 10 fevral, 22:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar