spot_img
Ana SəhifəElan və Xəbərlər🔊 KOBİA KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün 7-ci...
spot_img

🔊 KOBİA KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün 7-ci qrant müsabiqəsini elan edir.

🔊 KOBİA KOB-ların #təhsil, #elm, #tədqiqat və #dəstək layihələrinin maliyyələşdirilməsi üçün 7-ci qrant müsabiqəsini elan edir.

📌 Şərtlər:

Müsabiqədə mikro, kiçik və orta #sahibkarlıq subyekti olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

  • Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;
  • Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;
  • Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;
  • Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

  • Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.07.2025-ci il tarixindən başlanılması nəzərə alınmalıdır;
  • Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 min manat nəzərdə tutulur.

Layihə sənədlərinin qəbulu: 15 aprel 2025-ci il, saat 09:00-dan 14 may 2025-ci il saat 18:00-dək (Qeyd:Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaq).

Layihə sənədlərinin qəbulu: 15 aprel 2025-ci il, saat 09:00-dan 14 may 2025-ci il saat 18:00-dək (Qeyd:Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaq).

Müsabiqənin keçirilmə vaxtı: 16 may 2025-ci il-16 iyun 2025-ci il.

Müsabiqədə iştirak etmək istəyən #KOB subyektləri aşağıdakı sənədlərlə 15 aprel 2025-ci il saat 09:00-dan 14 may 2025-ci il saat 18:00-dək elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:

Ərizə forması;

Müsabiqəyə təqdim olunan #layihə;

Layihənin büdcəsinin #maliyyə əsaslandırılması;

KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;

Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

📝 (Qeyd: müvafiq sənədləri KOBİA-nın saytından yükləyə bilərsiniz)

Müsabiqənin nəticələri barədə məlumat 17 iyun 2025-ci il tarixində KOBİA-nın www.smb.gov.az saytına yerləşdiriləcəkdir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar