Yüksək Texnologiyalar Parkı (YTP), Təhsilin İnkişafı Fondu / Education Development Fund və SABAH.HUB tərəfindən dəstəklənən texnologiya transferi layihəsinə müraciətləri açıq elan edir!
Layihə ali təhsil və elmi-tədqiqat müəssisələrində olan ixtiraçı, tədqiqatçı və innovatorların ideya, konsepsiya və hüquqi cəhətdən qorunan texnologiyalarının funksional həllərə və yüksək kommersiyalaşdırma potensialına malik məhsullara çevrilməsini dəstəkləməyi hədəfləyir.
Layihə sizə aşağıdakı formalarda dəstək göstərəcəkdir:
✅ Əqli mülkiyyətin idarə edilməsi;
✅ Bazarların təhlili və biznes modellərinin hazırlanması;
✅ Texnologiyanın təkmilləşdirilməsi və tətbiqə hazır vəziyyətə gətirilməsi;
✅ Sənayə əməkdaşlıqlarının qurulması;
✅ Hüquqi dəstək;
✅ Texnologiya transferi sahəsində inkişafınız üçün təlimlər;
✅ Marketinq və bazarda mövqeyin möhkəmləndirilməsi;
✅ Texnologiya inkişafı üçün maliyyə resurslarının cəlbi.
Müraciətlə bağlı suallarınızı techtransfer@ytp.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 16.01.2025
Qeyd: Yalnız seçilən müraciətçilərlə əlaqə saxlanacaq.
Yüksək Texnologiyalar Parkı texnologiya transferi layihəsinə müraciətləri açıq elan edir!
OXŞAR POSTLAR