Dövlət İmtahan Mərkəzi təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə “Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edir.
Proqramda iştirak etmək üçün son müraciət tarixi 10 fevral 2025-ci ildir.
Üç ay davam edəcək proqram müddətində qiymətləndirmə və statistika sahəsi üzrə təlimlərin keçirilməsi, real datalar əsasında praktik tapşırıqların yerinə yetirilməsi və layihələrin icrası nəzərdə tutulub.