Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin elektron qeydiyyatı 14 avqust saat 11:00-da başlayacaq.
Müraciətçilər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə ərizələrini təqdim edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, tələb olunan sənədlərin yüklənməsi, həmçinin sosial baxımdan həssas qrupa aid ailə üzvlərinin təhsil haqqından azadolma və ya güzəşt hüququ üçün məlumatların daxil edilməsi mümkündür.
Elektron qeydiyyat sayəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat prosesini tamamlaya və təhsil haqqını bank, poçt, eManat terminalları vasitəsilə nağd şəkildə, eləcə də plastik kartla bankların mobil tətbiqləri və portal.edu.az üzərindən onlayn ödəyə bilərlər. Ödənişli əsaslarla qəbul olunanlar təhsil haqqından azadolma və ya güzəşt, dövlət sifarişli yerlərə qəbul olunanlar isə qanunvericiliyin nəzərdə tutduğu çərçivədə ikiqat və daha artıq təqaüd almaq imkanlarından yararlana biləcəklər.
Qeydiyyat prosesindən keçməyən abituriyentlər qəbul siyahısından çıxarılacaq. Elektron qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.