Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə “MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir.
Daha ətraflı məlumat almaq üçün suallarınızı Volunteers@media.gov.az e-poçt ünvanına göndərə bilərsiniz.
Müraciət üçün son tarix: 6 oktyabr 2025-ci il