spot_img
HomeKaryera"1Soft" şirkətində Mühasibatlıq üzrə Təcrübə Proqramı
spot_img

“1Soft” şirkətində Mühasibatlıq üzrə Təcrübə Proqramı

“1Soft” şirkəti mühasibatlıq sahəsində karyera qurmaq istəyən gənclər üçün təcrübə proqramı elan edir. Proqram iştirakçılara real iş mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edir.

Təcrübə müddətində əldə ediləcək bilik və bacarıqlar:

  • Mühasibatlıq sənədləri ilə iş təcrübəsi
  • Bank ödəniş tapşırıqlarının hazırlanması və köçürmələrin icrası
  • Kassa əməliyyatlarının yerinə yetirilməsi
  • Onlayn kargüzarlıq və e-qaimə portallarından istifadə
  • E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqlənməsi
  • Digər gündəlik mühasibatlıq əməliyyatlarının yerinə yetirilməsi (invoys, qaimə, akt və s.)
  • Vergi və DSMF hesabatları ilə tanışlıq
  • Mentor dəstəyi və təcrübə sonunda sertifikat təqdim olunması

Namizədlər üçün tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə təhsil üstünlük təşkil edir)
  • Analitik təhlil qabiliyyətinə malik olmaq
  • MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word)

Əlavə məlumat:

  • İş qrafiki: Həftədə 5 gün, saat 11:00 – 18:00
  • Ofisin yerləşməsi: İnqilab, Tibb Universitetinin yaxınlığı
  • Təcrübə proqramı ödənişsizdir
  • Proqramı uğurla başa vuran namizədlərə iş imkanı təklif olunur

Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini “Mühasib üzrə təcrübəçi” başlığı ilə office@tanmedia.az ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar