Tələbələrin nəzərinə!
2025-cü il “SOCAR Polymer” yay təcrübə proqramına ərizə qəbulu başladı.
Təcrübəçilər 8 həftə ərzində Azərbaycanın ən müasir standartlara cavab verən neft-kimya müəssisələrindən biri olan “SOCAR Polymer”də işləyərək təcrübəli və peşəkar mütəxəssislərdən ən müasir bilik və bacarıqlar əldə etmə imkanı qazanacaqlar.
Təcrübəyə yalnız bakalavr pilləsinin son kursunda və ya magistraturada təhsil alan tələbələr müraciət edə bilərlər.
Qeyd edək ki, maksimum 3 təcrübə sahəsinə müraciət edilə bilər.
Müraciət üçün son tarix 10 apreldir.
Müraciət üçün link: https://lnkd.in/gPthhS5Q
Hər hansı sual olacağı təqdirdə internship@socarpolymer.az ünvanına e-mail vasitəsilə müraciət etməyiniz xahiş olunur.
Hər birinizə uğurlar arzulayırıq!