spot_img
HomeElan və Xəbərlər27 May 2025 – Beynəlxalq Startap Müsabiqəsi
spot_img

27 May 2025 – Beynəlxalq Startap Müsabiqəsi

27 May 2025 – Beynəlxalq Startap Müsabiqəsi: “İnnovativ və Yaradıcı Həllərin Tapılması (FICS)”
Azərbaycan Texniki Universiteti (AzTU) və Pakistanın Milli Elm və Texnologiya Universiteti (National University of Sciences and Technology – NUST) tərəfindən 27 may 2025-ci il tarixində “İnnovativ və Yaradıcı Həllərin Tapılması (FICS)” adlı beynəlxalq startap müsabiqəsinin ilk mərhələsi təşkil olunacaq.
FICS — Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən və ölkənin ən böyük startap müsabiqələrindən biridir. AzTU bu mötəbər tədbirə artıq ikinci ildir ki, ev sahibliyi edir.
Müsabiqəyə təqdim olunan bütün layihələr Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) uyğun olmalıdır.
Müsabiqə şərtləri:
Müsabiqə ingilis dilində keçiriləcək.
Yalnız komanda şəklində iştirak mümkündür.
Komandada iştirakçı sayı minimum 2, maksimum 5 nəfər olmalıdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar