🌐 Dünyanın 350-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətlərinin 8000-dən çox kurs və proqramı artıq sizin üçün ödənişsiz olaraq əlçatandır!
🌐 Kimlər iştirak edə bilər?
İş yeri və yaşından asılı olmayaraq istənilən Azərbaycan vətəndaşı.
🌐 Necə qoşulmaq olar?
📝https://4sim.gov.az saytına daxil olun.
Milli Proqram üçün qeydiyyat anketini doldurun.
📌 Əsas məqamlar:
Lisenziyanız aktivləşdikdən sonra 6 həftəlik istifadə müddəti.
Stenford, Yel, Dyuk, London, Miçiqan, Con Hopkins kimi universitetlərin kursları.
Microsoft, Google, Meta, IBM kimi texnologiya nəhənglərinin təlimləri.
Süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, proqramlaşdırma dilləri və daha çoxu.
Azərbaycan dilində 2500 kurs altyazı ilə, ən çox tələb olunan 10 kurs isə deep-fake ilə səsli formada.
📌 Əlavə imkanlar:
“Coursera”nın “Hiring solutions” platforması ilə İşəgötürənlər sizinlə əlaqə saxlaya bilər.
“Coursera coach” süni intellekt əsaslı kouçinq xidməti ilə karyera məsləhətləri.
Bu fürsəti qaçırmayın! Rəqəmsal bacarıqlarınızı inkişaf etdirin və beynəlxalq sertifikatlar əldə edin.
🔗 Daha ətraflı məlumat və qeydiyyat üçün: https://4sim.gov.az