4SİM rəqəmsal iqtisadiyyatın inkişafı üzrə icra etdiyi layihələrə cəlb olunmaq üçün 3 aylıq təcrübə proqramı elan edir.
Aşağıdakı istiqamətdə bilik və bacarıqlara malik tələbələr müraciət edə bilər.
– DevOps
– Qrafik dizayner
– Frontend tərtibatçılar – HTML, CSS, JavaScript, TypeScript, React, Git
– İT sahəsində layihə koordinatoru
– Biznes analitik
– Data Scientist – Python
– İctimaiyyətlə əlaqələr
Qeyd:
Təcrübə proqramını uğurla bitirən namizədlər sonda sertifikatla təltif olunacaq. Təcrübə hibrid formada (2 gün ofis) həyata keçiriləcəkdir.
Yalnız seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcəkdir.
Son tarix: 10 iyun 2025-ci il.