Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi, “SUP.VC” şirkətinin təşkilatçılığı ilə keçirilən “CulTech İnkubasiya” proqramı sənə və komanda yoldaşlarına unikal imkanlar təqdim edir! 🤩
Proqrama qoşulmaqla əldə edəcəksən:
- Beynəlxalq səfərlərdə iştirak və öz layihəni qlobal səviyyəyə çıxarmaq üçün böyük təcrübə. 🌍✈
- Üç ay müddətində layihənin hər mərhələsində peşəkar mentor dəstəyi və həftədə bir dəfə təlimçilərlə görüş. 🏢✨
- Yaradıcı Mərkəzdə ofis şəraitində işləmək üçün geniş imkanlar, o cümlədən, lazımi texniki avandarlıqla təmin olunma.
- Layihəni investorlar qarşısında təqdim etmək imkanı. Bu, ideyana investisiya cəlb edə bilməyin üçün unikal bir fürsətdir. 💼
Son qeydiyyat tarixi: 20 Dekabr