Akademik karyera pillələrini irəliləyərkən necə deyərlər sizi həyəcanlandıran araşdırma mövzuları tapmaq əla bir təcrübədir! Gecə-gündüz yazaraq böyük zəhmət çəkdiyiniz məqalənizi akademik bir jurnalda nəşr etdirmək istəyirsiniz. Bəs haraya göndərməlisiniz? Məqalənizin sizə əlavə xal gətirməsini istəyirsiniz?
Bunun üçün Q1, Q2, Q3, Q4 jurnalların nə olduğunu bilməyiniz vacibdir!
Jurnallardakı Q (Quartile) Dəyəri Nədir?
Məqalənizi göndərəcəyiniz jurnal haqqında bilməli olduğunuz vacib məqamlardan biri də Q dəyəridir. Ən ümumi mənası ilə jurnallardakı Q dəyəri jurnalın sahəsindəki təsiri (impact factor) deməkdir. Jurnalın hər il dəyişən impackt faktoru ilə birbaşa əlaqəli olan Q dəyəri, sahələrə görə onun keyfiyyətini müəyyən edir.
Bu təsnif jurnalların 4 qrupa bölünməsi ilə formalaşır. Quartile sözünün mənası da “dörddə bir” olduğu üçün məntiqini başa düşmək asandır. Bir sahə üzrə jurnallar istinad sayına görə 4 yerə bölünür və Q1, Q2, Q3, Q4 jurnallar olaraq təsnif edilir.
Q (Quartile) dəyərinə görə jurnalların təsnifatı:
- Q1 jurnallar: Təsir dəyəri çox yüksək və beynəlxalq aləmdə “ən yaxşı” olan jurnallar.
- Q2 jurnallar: Təsir dəyəri yüksək və beynəlxalq aləmdə “yaxşı” olan jurnallar.
- Q3 jurnallar: Təsir dəyəri orta və beynəlxalq aləmdə “orta səviyyəli” olan jurnallar.
- Q4 jurnallar: Təsir dəyəri aşağı və beynəlxalq aləmdə “daha zəif” olan jurnallar.
Jurnalın Q Dəyərini Necə Tapmaq Olar?
- Jurnalın adını Google axtarış sistemində yazaraq rəsmi veb-saytına daxil olun.
- Adətən bu məlumat jurnalın “Haqqında” / “About Journal” bölməsində olur.
- Bu bölmədəki təsir faktoru (impact factor) ilə bağlı məlumatlara baxaraq Q dəyərini müəyyənləşdirə bilərsiniz.
- Daha dəqiq məlumat üçün Clarivate Journal Citation Reports saytına daxil ola bilərsiniz.
Təsir faktoru (Impact Factor) nədir?
Hər ilin iyun ayında Clarivate Journal Citation Reports tərəfindən elan edilən, jurnalların son ildə aldığı istinad nisbətinə təsir faktoru deyilir. Təsir faktoru, Thomas Reuters tərəfindən ortaya atılmış bir göstəricidir. Bu qeyri-kommersiya qurumu akademik işlərin əldə olunmasını asanlaşdıran güclü bir məlumat bazasıdır.
Təsir faktoru, Q dəyərinin hesablanmasında əsas göstəricidir. Bir jurnal müəyyən bir sahədə Q1 ola biləcəyi kimi, başqa bir sahədə Q2 də ola bilər. Məsələn, bir jurnal ilahiyyat sahəsində Q1 ola biləcəyi halda, ədəbiyyat sahəsində Q2 ola bilər.
SCI, SSCI, AHCI nədir?
Jurnalların təsnifində tez-tez rast gəlinən indekslər:
- SCI (Science Citation Index): Elm sahələrini (mühəndislik, biologiya, kimya və s.) əhatə edən jurnallar.
- SCI-Expanded (Science Citation Index-Expanded): SCI ilə eyni mövzuları əhatə edir, lakin qəbul şərtləri daha yumşaqdır.
- SSCI (Social Sciences Citation Index): Sosial elmlər sahələrini (ədəbiyyat, fəlsəfə, hüquq və s.) əhatə edir.
- AHCI (Arts and Humanities Citation Index): İncəsənət və humanitar sahələri əhatə edən indeksdir (memarlıq, musiqi, rəqs və s.).
SCI və SCI-Expended ilə indexlənən jurnalların mövzuları eynidir. Onların arasında yeganə fərq qəbul qaydalarıdır. SSCI və AHCI jurnalları oxşar mövzularda jurnalları əhatə edir, lakin onlar tam olaraq eyni deyil. Bütün bu indekslər Thomson Reuters məlumat bazasına daxil edilmişdir. Bu indekslərə daxil edilən jurnallar yüksək keyfiyyətli olduqlarını bir növ sübut ediblər və akademik dünyada maraqla izlənilirlər. Beləliklə, tədqiqatlarınızı bu jurnallara göndərməklə daha çox tədqiqatçıya çata bilərsiniz.
Niyə Q Dəyəri Önəmlidir?
- Məqalənizi Q1 və ya Q2 jurnallarda nəşr etdirmək, beynəlxalq tanınmanı artırır.
- Elmi adlar üçün tələb olunan meyarları qarşılamağa kömək edir.
- Yüksək təsir faktorlu jurnallarda nəşr olunmaq daha çox istinad almağa və elmi aləmdə tanınmağa yol açır.
Məqalənizin uğuru üçün jurnal seçiminizə diqqət yetirin və Q dəyərini düzgün araşdırın!