spot_img
HomeElan və Xəbərlər"SDG Youth Community" Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Kiçik Akademiyalarla...
spot_img

“SDG Youth Community” Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Kiçik Akademiyalarla birgə əməkdaşlığa başlayır.

“SDG Youth Community” Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Kiçik Akademiyalarla birgə əməkdaşlığa başlayır.

Bu əməkdaşlıq çərçivəsində akademiyaların fəaliyyətinin genişləndirilməsi və məktəbli şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün mentorluq fəaliyyətləri həyata keçiriləcək.

Layihə çərçivəsində SDG Youth Community-nin üzvləri arasından təcrübəli və motivasiyalı gənclər seçilərək, məktəblərdə Kiçik Akademiyalarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəklər. Onlarşagirdlərə Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə bağlı biliklər ötürməklə yanaşı, müxtəlif təlimlər və seminarlar təşkil edərək akademiya iştirakçılarının fərdi inkişafına töhfə verəcəklər.

Bu məqsədlə SDG Youth Community komandası tərəfindən mentorluq və kuratorluq fəaliyyətinə qatılmaq istəyən üzvlər üçün qeydiyyat prosesi başlanıb. Seçim prosesində iştirak etmək üçün anket doldurulması tələb olunur.

Gələcəyin liderləri ilə işləmək və DİM-lərin həyata keçirilməsində birbaşa rol oynamaq istəyən hər kəsi qeydiyyat prosesinə qoşulmağa dəvət edirik.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar