İnnovativ inkişafınıza təkan verəcək yeni layihə ilə qarşınızdayıq! 🚀
💫 Agentliyimiz ilə Code Academy-nin birgə əməkdaşlığı çərçivəsində innovasiya ekosistemi üzvlərinin beynəlxalq sertifikatlaşdırılma proqramına start verilir. Məqsəd Azərbaycanın innovasiya ekosisteminin və təmsilçilərinin qlobal səviyyədə nüfuzunu artırmağa töhfə verməkdir.
🗒Layihə iştirakçılara nə təklif edir?
🔷 Müxtəlif istiqamətlər üzrə nüfuzlu təlimlər
🔷 Mentor dəstəyi ilə praktiki bilik və bacarıqların inkişafı
🔷 “Global Innovation Institute” (GInl) tərəfindən rəsmi sertifikat
👤Kimlər müraciət edə bilər?
🔷 İnnovasiya sahəsində 1-3 illik təcrübəyə malik şəxslər
Qeyd edək ki, layihə çərçivəsində 50 iştirakçının 11 müxtəlif istiqamət üzrə sertifikatlaşdırılması planlaşdırılıb.
⌛ Müraciət üçün son tarix: 22 yanvar, 23:59
Beynəlxalq səviyyəli sertifikatınızla fərqlənmək üçün bu fürsəti qaçırmayın!