📍 İş yeri:
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri
✅ Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
✅Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Ali təhsil;
· Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
· Kompüter bilikləri: Microsoft Office proqramları ilə işləmək bacarığı;
· Sahə üzrə müvafiq sertifikat (yerli və ya beynəlxalq);
· Sahə üzrə müvafiq qanunlar və digər hüquqi normativ sənədlər.
✅İşin təsviri:
· Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi işində iştirak edilməsi;
· Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizliyə nəzarət etməli;
· Müəssisənin şöbə rəhbərləri və digər xidmətləri ilə birlikdə müəssisədə bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün tədbirlərin görülməsi işində iştirak etməli;
· İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etməli;
· İşə yeni qəbul olan işçilərə giriş təlimatı keçmək və şöbə rəhbərlərinin işçilərə müvafiq təlimat keçmələrinə nəzarət edilməsində iştirak etməli;
· İşçilərin biliklərinin qiymətləndirilməsində iştirak etməli;
· Dövri inspeksiyaların keçirilməsində iştirak etməli;
· Əməyin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması ilə əlaqədar hesabat hazırlamalı və müvafiq göstərişlər verməli;
· İşçilərin əməyin mühafizəsi üzrə məktublarına, ərizələrinə və şikayətlərinə baxmaq, onlar üzrə mövcud və təhqiqat nəticəsində aşkar olunmuş çatışmazlıqlar və nöqsanların aradan qaldırılması üzrə işəgötürənə (şöbə rəhbərlərinə) təkliflər verməli.
✅Tələb olunan sənədlər:
· Şəxsiyyəti təsdiq edən sənədin surəti;
· Diplomun surəti;
· CV;
· Sahə üzrə əldə edilmiş sertifikatların surəti.
✅Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
· CV cv@tabib.gov.az ünvanına göndərilməlidir;
· Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM – əməyin mühafizəsi üzrə mühəndis) qeyd olunmalıdır;
· CV-lər 19.01.2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.