spot_img
Ana SəhifəElan və XəbərlərAzərbaycan Texniki Universiteti ölkənin akademik jurnalları üçün beynəlxalq təlimlərə başlayır.
spot_img

Azərbaycan Texniki Universiteti ölkənin akademik jurnalları üçün beynəlxalq təlimlərə başlayır.


Azərbaycan Texniki Universiteti ölkənin akademik jurnalları üçün beynəlxalq təlimlərə başlayır. Bu təşəbbüs, AzTU Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyevanın DOAJ (Directory of Open Access Journals) platformasında redaktor kimi fəaliyyəti çərçivəsində həyata keçirilir və ölkədə ilk dəfə olaraq açıq əlyetərli akademik jurnallar üçün onlayn təlimin təşkilini nəzərdə tutur. “Akademik jurnalların DOAJ-da indekslənmə meyarları və tələbləri” mövzusunda keçiriləcək təlimin məqsədi Azərbaycanda fəaliyyət göstərən akademik jurnalların beynəlxalq standartlara, xüsusilə də DOAJ indeksinin tələblərinə uyğunlaşdırılmasına töhfə verməkdir. Tədbir çərçivəsində DOAJ-ın indeksasiya meyarları, hüquqi sənədlərin formalaşdırılması, beynəlxalq lisenziyalar, jurnallara imtina edilmə səbəbləri və bu problemlərin aradan qaldırılması üçün tətbiq oluna biləcək həll yolları ətraflı şəkildə izah olunacaq.

Təlimin çıxışçısı DOAJ-da Baş redaktor və beynəlxalq elmi nəşrlər sahəsində böyük təcrübəyə malik Dr. Ramazan Turqut olacaq. Tədbirin moderatorluğunu isə Azərbaycan üzrə DOAJ-da icraçı redaktor və redaktor kimi fəaliyyət göstərən Xəyalə Hacıyeva həyata keçirəcək.

Təlim 23 aprel tarixində, saat 15:00-da baş tutacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar