Mikrolayihənin məqsədi region gənclərinin fərdi inkişafına dəstək olmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Layihə çərçivəsində gənclərə karyera planlaması, şəxsi və peşəkar inkişaf, yumşaq bacarıqlar və effektiv ünsiyyət istiqamətlərində təlimlər keçiriləcək. Əgər siz də karyera və inkişaf mövzularında biliklərinizi gənclərlə paylaşmaq, interaktiv və dinamik onlayn təlimlər vasitəsi ilə gənclərin həyatında müsbət dəyişikliklər yaratmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq könüllü təlimçi qismində qeydiyyatdan keçə bilərsiniz.