Akademik məzuniyyətdən qayıtmış və xaric olmuş şəxslərin universitetə bərpası üçün sənəd qəbulu elan olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd olunub ki, ərizələrin qəbulu 7 iyul 2025-ci il tarixindən 5 sentyabr 2025-ci il tarixinədək qəbul edilir.
Tələb olunan sənədlər:
Rektorun adına ərizə (fakültə, ixtisas, təhsil ili, xaric olunma tarixi, əlaqə nömrəsi dəqiq göstərilməklə);
şəxsiyyət vəsiqəsinin surəti (soyad dəyişildiyi halda dəyişilmə haqqında müvafiq sənədin surəti əlavə olunmalıdır);
hərbi biletin surəti;
ödəmə qəbzinin surəti (təhsil haqqı borcu olanlar üçün).
Əlaqə nömrəsi: (012) 4925903 (daxili: 1012)