spot_img
HomeElan və XəbərlərADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub
spot_img

ADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub

ADA Universitetinin 2023–2024-cü tədris ili üzrə məzunlarının məşğulluq səviyyəsi 90 faiz təşkil edib. Bu göstərici universitetin Karyera Xidmətləri şöbəsinin həyata keçirdiyi dəstək proqramlarının uğurlu nəticəsi kimi dəyərləndirilir.

“Azərbaycan müəllimi”nə verilən rəsmi məlumata görə, bakalavr pilləsində ən yüksək məşğulluq göstəricisi “Biznesin idarə edilməsi”, magistratura səviyyəsində isə “Kompüter elmləri və data analitikası” ixtisaslarına məxsusdur. Məzunların böyük hissəsi dövlət sektoru, təhsil, bankçılıq, maliyyə, konsaltinq, audit və telekommunikasiya kimi sahələrdə çalışır.

Bundan əlavə, universitet gənclərin peşəkar inkişafını dəstəkləmək üçün hər il yüzlərlə tələbəni əhatə edən müxtəlif akademik təcrübə proqramları həyata keçirir. Bu proqramlar arasında yer alan “Karyera Hazırlığı Həftəsi” çərçivəsində seçilmiş tələbələr müxtəlif təlimlərə qatılır, real iş mühiti ilə tanış olur və aparıcı şirkətlərlə əlaqələr qurmaq imkanı əldə edirlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar