Vəzifə öhdəlikləri:
– Əməkdaşlardan gələn müraciətləri onlayn rejimdə cavablandırmaq (çat, email və zənglər vasitəsilə), e-ticarət (eCOM) istiqamətində dəstək göstərmək.
– Yeni istifadəçilərə platformadan istifadəni öyrətmək və ilk sifarişlərində kömək etmək.
– Aktiv olaraq cavab verməyən istifadəçilər ilə əlaqə saxlamaq.
– CRM, trekerlər və daxili müraciət platformaları kimi onlayn sistemlərlə işləmək.
– Yeni əməkdaşlara platformadan istifadə qaydalarını, məhsul yerləşdirmə və sifarişlərin formalaşdırılması prosesini izah etmək.
– Texniki dəstək, marketinq və digər komandalarla əlaqədə olaraq əməkdaşların suallarına cavab tapmaqda kömək göstərmək.
– Sistemə daxil edilən məlumatların və hesabatların düzgünlüyünə nəzarət etmək.
– Əməkdaşların platformada aktivliyini və iştirakını artırmağa çalışmaq.
-Texniki Dəstək və Problemlərin Həlli
Tələblər:
– Ali təhsil (Kommunikasiya, Marketinq və ya oxşar sahə üzrə diplom üstünlükdür).
– Müştəri xidməti, çağrı mərkəzi və ya onlayn moderator sahəsində 1-3 il təcrübə.
– Azərbaycan və rus və ya ingilis dillində səlis danışıq
– Eyni anda çoxsaylı sorğuları idarə etmək və sürətli işləmək bacarığı.
– CRM sistemləri ilə işləmək bacarığı (Zendesk, Salesforce – üstünlükdür).
– Onlayn platformalarda rahat işləmək, tapşırıqları və müraciətləri idarə etmək, kommunikativ və operativ olmaq bacarığı.
– Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək
Biz təklif edirik:
– Əmək haqqı: 1200 – 1500 AZN
– Rəsmi əmək müqaviləsi.
– 2 iş günü / 2 istirahət günü
– İş saatları: 10:00 – 22:00
– İş yeri: İçərişəhər metrosunun yaxınlığı
– Əlaqə: h.ismailova@aroundgroup.ru