Görəcəyiniz işlər:
- Layihənin müvafiq qaydalara, standartlara və təlimatlara uyğunluğunu yoxlamaq;
- Layihələrin icrası zamanı yaranan problemləri və gecikmələrin səbəblərini müəyyən etmək;
- Layihələrdə resursların istifadəsinə nəzarət etmək;
- Layihənin gedişatını və performansını davamlı olaraq izləmək;
- Layihənin sponsorlarına və maraqlı tərəflərə müntəzəm status hesabatlarını hazırlamaq və çatdırmaq;
- Səhiyyə sahəsindəki layihələrin strateji istiqamətlərini müəyyən etmək üçün maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
- TƏBİB-in strateji planına uyğun olaraq digər struktur bölmələrlə koordinasiyalı şəkildə fəaliyyət göstərmək;
- İnkişaf etməkdə olan texnologiyalar və səhiyyə innovasiyalarından xəbərdar olmaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil – tibbi, idarəetmə və iqtisadiyyat;
- Sahə üzrə 3 il iş təcrübəsi;
- Dil bilikləri: İngilis dili (arzuolunandır);
- Kompüter bilikləri: Microsoft Office – sərbəst.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası
- Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Layihələrin idarəolunması şöbəsi – aparıcı məsləhətçi” qeyd olunmalıdır;
- CV-lər 25 avqust, 2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.