spot_img
HomeKaryera“İnsan Resursları” Təcrübə Proqramı
spot_img

“İnsan Resursları” Təcrübə Proqramı


Biz, İnsan resursları sahəsində bilik və təcrübəsini artırmaq istəyən işsiz şəxslər və ya yeni məzunlar üçün təcrübə proqramı təşkil edirik. Bu proqram çərçivəsində real iş şəraitində insan resursları prosesləri ilə tanış olunmasını və peşəkar bacarıqların inkişaf etdirilməsini təmin edirik.

İş barədə məlumat:
✓ Aylıq Əmək Haqqı: 100 – 200 AZN ;
✓ Müddət: 2 ay;
✓ İş rejimi: 5 günlük, Həftə içi 4 saat

✓ Peşəkar İnsan Resursları təlimçisindən öyrənmək fürsəti və təcrübə mübadiləsi;
✓ Sertifikat və gələcək iş imkanları;
✓ Rahat və dəstəkləyici iş mühiti;
Təcrübə müddətində öyrənəcəksiniz:
✓ İnsan Resurslarının əsasları və vəzifələri;
✓ Müəssisənin kadr uçotunun qurulması və aparılması;
✓ İşə qəbul prosesləri və namizəd seçimi;
✓ Əmək qanunvericiliyinin əsasları;
✓ İşçi sənədləşməsi və daxili idarəetmə;
✓ Əmək və Məşğulluq Altsistemində (ƏMAS) icra edilən əməliyyatlar;
✓ Bütün əmrlərin və ərizələrin hazırlanması;
✓ Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
✓ Son haqq hesabların hesablanması;
Tələblər:
✓ İnsan Resursları prinsipləri haqqında ilkin biliklərə malik olmaq üstünlükdür;
✓ İnsan Resursları, Psixologiya, İqtisadiyyat və ya əlaqəli sahədə təhsil almış şəxslərə və ya yeni məzunlara üstünlük verilir;
✓ Azərbaycan dilində yazılı və şifahi kommunikasiya bacarığı arzuolunandır;
✓ Hal-hazırda işsiz olan və VÖEN olmayan şəxslər;
✓ İnsan Resursları sahəsində karyera qurma

Ünvan: Bakı şəhəri, 28 may, N.Nərimanov

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “İnsan Resursları Təcrübə Proqramı” yazısı ilə 20.08.2025- ci il tarixinədək bngroup175@gmail.com imeylinə və ya 055 228 78 43(Watsapp) nömrəsinə göndərilməsi xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar