spot_img
HomeElan və Xəbərlər“İƏT Model Akademiyası – 2025” üçün qeydiyyat başladı!
spot_img

“İƏT Model Akademiyası – 2025” üçün qeydiyyat başladı!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti və İslam Əməkdaşlığı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək “İƏT Model Akademiyası – 2025” layihəsi üçün qeydiyyat rəsmi olaraq açıq elan olunub.

Bu layihə iştirakçılara 2 aylıq müddətdə diplomatiya və beynəlxalq münasibətlər sahəsində öz bilik və bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edir. Seçilmiş namizədlər Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və ekspertlərin keçəcəyi həftəlik mühazirələrdə iştirak edəcək, real diplomatik təcrübə qazanacaqlar.

Layihənin sonunda iştirakçılar əldə etdikləri bilikləri İƏT Xarici İşlər Nazirləri Şurasının Simulyasiya Konfransında tətbiq edəcəklər.

Kimlər iştirak edə bilər?

  • 18-29 yaş aralığında olan gənclər;
  • Diplomatiya və beynəlxalq münasibətlər sahəsinə maraq göstərənlər;
  • İƏT və onun strukturlarının fəaliyyətini öyrənmək istəyənlər;
  • İngilis dilini orta və ya yüksək səviyyədə bilənlər.

Əgər siz də beynəlxalq arenada özünüzü sınamaq və diplomatiya sahəsində dəyərli təcrübə qazanmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Son müraciət tarixi: 10 sentyabr 2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar