Əsas Vəzifə və Öhdəliklər:
· Müxtəlif sənaye proseslərinin avtomatlaşdırılması üçün texniki həllər hazırlamaq.
· Avtomatlaşdırma avadanlıqlarının seçimi, quraşdırılması və sazlanması.
· Avtomatlaşdırma avadanlıqlarının müntəzəm texniki xidməti.
· Sistemlərdə baş verən nasazlıqların diaqnostikası və aradan qaldırılması.
· Mövcud proqram təminatında yeniliklər etmək və sistemləri optimallaşdırmaq.
· Avtomatlaşdırma sistemlərinin layihələndirilməsi ilə bağlı texniki sənədlərin hazırlanması.
· Həyata keçirilən işlərlə bağlı aylıq və ya layihə üzrə hesabatların təqdim edilməsi.
· İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər:
· Ali təhsilli olmalı ;
· Avtomatika sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
· PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirinin əsaslarını bilməli;
· PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
· Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini, lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmalıdır.
İş Qrafiki:
· 16:00 – 00:00
· İş yeri Sumqayıt şəhəri, Sülh küçəsi 2.
· Nahar şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini recruitment@giltex.az ünvanına göndərə bilərlər.



