spot_img
HomeElan və Xəbərlər“Təhsildə İnsan Mərkəzli və İnteqral Yanaşma: Gənc müəllimlərin rolu və töhfəsi” adlı...
spot_img

“Təhsildə İnsan Mərkəzli və İnteqral Yanaşma: Gənc müəllimlərin rolu və töhfəsi” adlı seminara müraciət açıqdır.

“Bizim Gənclik” İctimai Birliyi sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Təhsildə İnsan Mərkəzli və İnteqral Yanaşma: Gənc müəllimlərin rolu və töhfəsi” adlı seminara dəvət edir!

Spikerimiz Fəridə Orucova George Washington Universitetində Təhsil və İnsan İnkişafı ixtisası üzrə təhsil almış, hazırda Xəzər Universitetində müəllim kimi fəaliyyət göstərən və eyni zamanda Təhsil və İnsan İnkişafı sahəsində mentorluq edən təcrübəli mütəxəssisdir. O, həm gənclərin, həm də müəllimlərin öyrənmə və öyrətmə prosesinə dəstək göstərərək bu sahədə əhəmiyyətli töhfələr verir. Seminar çərçivəsində Fəridə xanım şəxsi pedaqoji təcrübəsinə və beynəlxalq təhsil sahəsində qazandığı bilik və bacarıqlara əsaslanaraq, insan mərkəzli təhsil yanaşması və təhsildə inkişafın bütün aspektlərinin bir-biri ilə vəhdətdə tətbiqi ilə bağlı iştirakçılara dəyərli perspektivlər təqdim edəcək.

Tarix: 5 oktyabr, 2025-ci il
Vaxt: 14:00
Məkan: Globus Center, 13-cü mərtəbə

Qeyd:

  1. İştirak ödənişsizdir.
  2. Seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.
  3. Son qeydiyyat tarixi: 3 oktyabr 2025, 23:59.
CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar