spot_img
HomeElan və XəbərlərMəktəbliləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika çempionatı
spot_img

Məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika çempionatı

6-11-ci sinif məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika çempionatı

Məktəbli Liqası başlayır!

Uzun fasilədən sonra böyük sevinc və qürur hissi ilə elan edirik ki, Məktəbli Liqası öz fəaliyyətinə yenidən start verir.
Artıq məktəblərimizdə təhsil alan istedadlı və biliksevər gənc dostlarımız bu layihə vasitəsilə intellektual inkişaf yolunda öz töhfələrini verə biləcəklər.

Bu liqa gənclərimizin yaradıcılıq bacarıqlarını üzə çıxarmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda sağlam rəqabət mühitində özlərini sınamaq üçün geniş imkanlar yaradacaq.

Məktəbli Liqasının əsas məqsədi – gənclərimizi elmə, təhsilə və intellektual yarışlara həvəsləndirmək, onların potensialını üzə çıxarmaq və cəmiyyətimizin gələcək intellektual nəsillərini formalaşdırmaqdır.

Komanda tərkibində fərqli məktəb şagirdləri iştirak edə bilər.

Əlaqə üçün: +994 10 421 21 11

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar