spot_img
HomeKaryeraSOCAR Downstream şirkətində vakansiyalar var!
spot_img

SOCAR Downstream şirkətində vakansiyalar var!

Vakansiya: Proses üzrə mühəndis

İstehsal üzrə texnoloji proseslərin etibarlı və təhlükəsiz istismarını təmin etmək, proses göstəricilərinə nəzarət etmək, normadan kənar hallar üzrə operativ analiz aparmaq və optimallaşdırma imkanlarını müəyyən etmək.

Vəzifə öhdəlikləri:

Texnoloji proseslərin təhlükəsiz, dayanıqlı və səmərəli şəkildə istismarına nəzarət etmək;

Qurğu və avadanlıqlar üzrə əsas proses parametrlərini (temperatur, təzyiq, sərf, səviyyə və s.) gündəlik izləmək və normadan kənar halları analiz etmək;

İstehsalat göstəricilərinin təhlili, enerji və xammal sərfinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;

Prosesdə baş verən nasazlıqların və qeyri-sabitliklərin səbəblərini araşdırmaq, aradan qaldırılması üçün mühəndislik həlləri təqdim etmək;

PFD və P&ID sənədlərinin aktual saxlanılması, dəyişikliklərin sənədləşdirilməsi (MOC);

Layihə, modifikasiya və təkmilləşdirmə işlərində proses üzrə texniki dəstək göstərmək.;

Qəzalar, dayanmalar və fövqəladə hallar üzrə texnoloji analitik hesabatlar tərtib etmək;

Proses simulyasiyası, hesablamalar və material balanslarının hazırlanması;

SOP, iş təlimatları, təhlükəsizlik prosedurları və texnoloji təsviredici sənədlərin hazırlanması və yenilənməsi;

İllik, aylıq və gündəlik istehsalat göstəricilərinin hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;

Sahə mühəndisləri və operatorlarla birlikdə prosesin optimallaşdırılması üzrə sahədə müşahidələr və yoxlamalar aparmaq;

İstehsalatla bağlı departamentlərarası (Mexanika, Elektrik, Alət–Avtomatika, Təhlükəsizlik və s.) koordinasiyanı təmin etmək;

Yeni layihələrin ön-mühəndislik və texniki-iqtisadi əsaslandırma mərhələlərində iştirak etmək (E&P və ya EPC layihələrinə uyğun).

Tələblər:

Kimya mühəndisliyi, Proses mühəndisliyi, Neft-qaz mühəndisliyi ixtisası üzrə ali təhsil;

Proses mühəndisliyi, texnoloji istismar və ya neft-kimya/qaz emalı/metanol istehsalı sahəsində minimum 1 il iş təcrübəsi.

Texnoloji proseslərin əsas prinsiplərini (temperatur, təzyiq, sərf, kütlə və istilik balansları) bilməlidir;

PFD və P&ID sənədləri ilə işləmə bacarığı;

Proses təhlükəsizliyi biliklərinin olması üstünlükdür (HSE, HAZOP, risk analizi);

Qurğu və avadanlıqlar barədə baza bilikləri (reaktorlar, distillə kolonnaları, istilik mübadiləçiləri, kompressor/pompa və s.);

Proses simulyasiya proqramlarını bimək üstünlükdür (Aspen HYSYS/Aspen Plus);

Analitik düşünmə, məsuliyyətlilik, operativ qərarvermə və yaxşı kommunikasiya bacarıqları;

Komanda ilə işləmə bacarığı, yüksək intizam və dəyişən istehsalat şəraitinə uyğunlaşma bacarığı;

Sahə şəraitində işləməyə və texnoloji avadanlıqlara baxış keçirməyə hazır olmaq.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar