spot_img
HomeElan və XəbərlərGənc alimlər üçün beynəlxalq akademik mentorluq və tədqiqat proqramı başlayır!
spot_img

Gənc alimlər üçün beynəlxalq akademik mentorluq və tədqiqat proqramı başlayır!

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən “Tədqiqat Məktəbi: gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” layihəsinə start verilir.

Bu proqram gənc tədqiqatçılara elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək, akademik yazı və tədqiqat metodologiyası üzrə praktiki biliklər əldə etmək, beynəlxalq elmi əməkdaşlıq və mentorluq imkanlarını genişləndirərək beynəlxalq elmi mühitə çıxış qazanmaq imkanı yaradacaq.

Proqram çərçivəsində iştirakçılar aşağıdakı imkanlardan yararlana biləcəklər:

  • Tədqiqat metodologiyası üzrə intensiv təlimlər
  • Akademik yazı, istinad sistemi və elmi nəşr standartları üzrə praktiki məşğələlər
  • Türkiyə və Çin universitetlərindən cəlb olunacaq mütəxəssislərlə beynəlxalq mentorluq sessiyaları
  • Tematik seminarlar və ustad dərsləri
  • Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallara təqdim olunması üçün metodiki dəstək

Kimlər müraciət edə bilər?
Magistrantlar, doktorantlar, gənc tədqiqatçılar, həmçinin ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən elmi-pedaqoji heyət.

Son müraciət tarixi: 31 mart 2026-cı il

Müraciət linki: https://forms.gle/XnYWuR7NNRfM9TVj6

Əlaqə:

050 461 38 30

iid.icitmaibirliyi@gmail.com

Elmi ideyalarınızı beynəlxalq səviyyəyə çıxarmaq və akademik inkişafınızı sürətləndirmək üçün bu fürsətdən yararlanın!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar