spot_img
HomeElan və XəbərlərADNSU-da “KÖRPÜ” Təqaüd Proqramı ilə bağlı geniş infosessiya keçiriləcəkdir.
spot_img

ADNSU-da “KÖRPÜ” Təqaüd Proqramı ilə bağlı geniş infosessiya keçiriləcəkdir.

Məkan: ADNSU, 528-ci otaq
Tarix: 22 aprel 2026
Saat: 13:00

Bu infosessiya xaricdə təhsil almağı hədəfləyən şagird və tələbələr üçün mühüm fürsətdir. Görüş zamanı iştirakçılar proqramın bütün detalları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

İnfosessiyada nələr haqqında danışılacaq:

“KÖRPÜ” Təqaüd Proqramının məqsədi və üstünlükləri
Müraciət üçün tələblər və uyğunluq meyarları
Seçim mərhələləri və qiymətləndirmə prosesi
Xaricdə təhsil üçün sənədləşmə və müraciət addımları
Motivasiya və tövsiyə məktublarının hazırlanması
SAT, IELTS, TOEFL və digər beynəlxalq imtahanlara hazırlıq imkanları

Proqram iştirakçılarına təqdim olunan imkanlar:

Tam ödənişsiz xaricdə təhsil xidməti (Sənədləşmə, motivasiya və tövsiyə məktubları, müraciət prosesi, viza və yerləşmə daxil olmaqla A-dan Z-yə dəstək)
Beynəlxalq imtahanlara ödənişsiz hazırlıq (SAT, IELTS, TOEFL, AP)
İntensiv və peşəkar dərs proqramı
Əgər sən də xaricdə təhsil almağı planlaşdırır və bu yolda peşəkar dəstək axtarırsansa, bu infosessiyanı qaçırma!

Kimlər iştirak edə bilər:

10 və 11-ci sinif şagirdləri (sentyabrdan etibarən)
Son kurs bakalavr tələbələri (sentyabrdan etibarən)
Xaricdə təhsil almağı hədəfləyən hər kəs
Qeyd: İştirak ödənişsizdir və bütün maraqlananlar üçün açıqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar