“Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən həyata keçiriləcək “Gələcək Lider” layihəsi gənclərin inkişafına yönəlmiş təlim proqramıdır.
Layihə çərçivəsində iştirakçılar qərarvermə, strateji düşüncə, ictimai nitq və effektiv kommunikasiya həmçinin şəffaflıq və etik idarəetmə istiqamətləri üzrə təlim və praktiki fəaliyyətlərdə iştirak edəcəklər.
Proqram iştirakçılara real situasiyalar üzərində işləmə imkanı yaradaraq praktiki bacarıqların inkişafını hədəfləyir.



