CarBuy.az komandası olaraq, rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyən, yaradıcı və inkişafa həvəsli Sosial Media Marketing Təcrübəçisi axtarışındayıq. Bu proqram namizədlərə nəzəri biliklərini real iş mühitində tətbiq etmək və peşəkar komandanın təcrübəsindən yararlanmaq üçün imkan yaradır.
Namizəddən gözləntilər:
– Sahə üzrə trendləri izləmək, rəqib analizi aparmaq və yenilikləri tətbiq etmək qabiliyyəti
– Səlis, aydın və işgüzar nitq qabiliyyəti
– Mövzu ilə bağlı lazımi məlumatları araşdırmaq və toplamaq qabiliyyəti
– Verilən tapşırıqlara kreativ və nəticəyönümlü yanaşma
– Sosial media platformaları ilə işləmək istəyi və öyrənməyə yüksək motivasiya
Proqramın şərtləri:
Müddət: 2 ay
Status: Ödənişli təcrübə proqramı
İş qrafiki: Həftəiçi 5 gün, ofisdaxili
Proqramı uğurlu nəticə ilə başa vuran namizədlər komandada daimi əməkdaşlıq şansı qazanacaqlar.
Maraqlanan namizədlərdən CV-lərini aysunnallahverdiyeva@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.



