İş şəraiti
Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi
Əmək haqqı: 3000-4000 AZN (Müsahibə əsasında dəyişə bilər)
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatı: 09:00 – 18:00
Təklif edirik: Mobil nömrə, nahar yeməyi
Şirkətimiz maliyyə və mühasibatlıq sahəsində yüksək peşəkarlığa malik, analitik düşüncəli, məsuliyyətli və idarəetmə bacarığı olan namizədləri Baş Mühasib vəzifəsinə dəvət edir.
Vəzifə öhdəlikləri:
Müəssisədə mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması;
Maliyyə-təsərrüfat əməliyyatlarının düzgün uçotunun təmin edilməsi və nəzarətdə saxlanılması;
Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlanaraq təqdim olunması;
Vergi orqanları, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi, banklar və digər dövlət qurumları ilə yazışmaların aparılması;
Elektron qaimələrin, vergi hesab-fakturalarının və digər maliyyə sənədlərinin hazırlanması və yoxlanılması;
Debitor və kreditor borclarının idarə olunması və mütəmadi monitorinqinin aparılması;
Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və hesablaşmaların icrasına nəzarət;
Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanmasına nəzarət;
Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlili və rəhbərliyə təqdim edilməsi;
Daxili maliyyə nəzarət sisteminin qurulması və təkmilləşdirilməsi;
Mühasibatlıq şöbəsinin fəaliyyətinin idarə olunması, əməkdaşların işinin koordinasiyası və nəzarəti;
Audit yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və audit prosesinin müşayiət edilməsi;
Şirkətin maliyyə risklərinin qiymətləndirilməsi,analiz olunması və optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması.
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
Vergi Məcəlləsi, Əmək Məcəlləsi və maliyyə qanunvericiliyi üzrə dərin biliklər;
Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində praktiki təcrübə;
1C, ERP sistemləri və digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
MS Excel proqramını yüksək səviyyədə bilmək;
Analitik düşünmə, problemlərin həlli və qərarvermə bacarığı;
Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə riayət etmək;
Komanda idarəetməsi və ünsiyyət bacarıqları.
Maraqlanan namizədlər öz CV-lərini hr@armymarket.az elektron poçt ünvanına göndərə bilərlər.



