“Royal Sea Breeze” MMC Royalé Casino üçün Cashier vakansiyasını elan edir:
Maliyyə əməliyyatlarının düzgün və şəffaf icrasında təcrübəli və məsuliyyətli əməkdaşları komandamıza dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
– Nağd və digər ödəniş əməliyyatlarını həyata keçirmək;
– Pul vəsaitlərinin qəbulunu və verilməsini dəqiq icra etmək;
– Gündəlik kassa hesabatlarını hazırlamaq;
– Kassa intizamına və maliyyə prosedurlarına riayət etmək;
– Qonaqlara ödəniş əməliyyatları ilə bağlı məlumat vermək;
– Maliyyə sənədlərinin düzgün aparılmasını təmin etmək.
Tələblər:
– 18–30 yaş;
– Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
– Səliqəli və xoş xarici görünüş;
– Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
– Riyazi və analitik düşünmə bacarığı;
– MS Office proqramlarından istifadə bacarığı üstünlükdür;
– Növbəli iş qrafiki ilə işləməyə hazır olmaq.
Biz təklif edirik:
– Beynəlxalq premium layihədə çalışma imkanı;
– Peşəkar iş mühiti;
– Rəqabətli əməkhaqqı;
– Təlim və inkişaf imkanları;
– Korporativ nəqliyyat;
– Nahar ilə təmin olunma;
– Növbəli iş qrafiki.
Tələblərə cavab verən namizədlərdən aşağıdakı keçid vasitəsilə müraciət etmələri xahiş olunur:
https://lnkd.in/dMfsFhAG
Müraciət zamanı “Cashier” vakansiyasını seçərək onlayn ərizə formasını doldurmaları xahiş edilir.



