Vəzifə : Təmir şöbəsinin rəisi
İş yeri : Qaradağ r-nu, Ümid qəsəbəsi, Səngərqaya 7-ci km
Namizəddən tələblər:
Qeyd olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsinin olması.
Ali texniki təhsil
MC Word, MC Excel proqramlarını yaxşı bilməli,
Vəzifə öhdəlikləri:
· Cəmiyyətin nəqliyyat vasitələri, xüsusi texnikaları üzrə cari, planlı və korrektiv texniki xidmət və təmir işlərini planlaşdırmaq, təşkil etmək və idarə etmək.
· İllik, aylıq və həftəlik texniki xidmət planlarını hazırlamaq, icrasına nəzarət etmək və yerinə yetirilməsini təmin etmək.
· Təmir sahəsinin gündəlik fəaliyyətini təşkil etmək, təmir heyətinin işini əlaqələndirmək və iş bölgüsünü həyata keçirmək.
· Texniki nasazlıqların diaqnostikasını təşkil etmək, kök səbəb analizləri aparmaq və təkrarlanan nasazlıqların qarşısının alınması üzrə tədbirlər həyata keçirmək.
· Texnika və nəqliyyat vasitələrinin texniki hazırlıq səviyyəsini, etibarlılığını və fasiləsiz istismarını təmin etmək.
· Texniki xidmət və təmir işlərinin keyfiyyətinə, müddətinə və müəyyən edilmiş texniki standartlara uyğun yerinə yetirilməsinə nəzarət etmək.
· Ehtiyat hissələri, texniki materiallar, yağlayıcı materiallar və xüsusi alətlər üzrə tələbatı planlaşdırmaq, onların səmərəli istifadəsinə və ehtiyatlarının idarə olunmasına nəzarət etmək.
· Təmir işlərinin xərc effektivliyini təmin etmək, resurslardan səmərəli istifadəni təşkil etmək və optimallaşdırma tədbirləri hazırlamaq.
· Təmir sahəsində SƏTƏM, ISO 9001, ISO 45001, istehsalçı tələbləri və daxili prosedurların tətbiqini təmin etmək.
· Təmir büdcəsinin icrasına nəzarət etmək, xərcləri təhlil etmək və optimallaşdırılması üzrə rəhbərliyə təkliflər vermək.
· Təmir fəaliyyətinə dair əsas performans göstəricilərini (KPI) izləmək, təhlil etmək və Nəqliyyat və Təmir Departamentinin Direktoruna dövri hesabatlar təqdim etmək.
· Yeni texnika və avadanlıqların qəbulunda texniki ekspertiza aparmaq, istismara qəbul prosesində iştirak etmək və texniki uyğunluğu qiymətləndirmək.
· Təmir proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslər hazırlamaq və həyata keçirmək.
İş şəraiti:
İş qrafiki: 6 günlük, iş vaxtı
Əmək haqqı: Razılaşma yolu ilə
Servis, Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiummining.az elektron ünvanına (“Təmir şöbəsinin rəisi”)başlığı ilə göndərməyini xahiş edirik.



