spot_img
HomeKaryeraMətbuat katibi vəzifəsi üzrə vakansiya
spot_img

Mətbuat katibi vəzifəsi üzrə vakansiya

Vəzifə öhdəlikləri:

· Şirkətin media ilə əlaqələrinin təşkili və koordinasiya edilməsi;
· Press-relizlərin, rəsmi müsahibələrin, çıxış mətnlərinin, məlumat xarakterli materialların və digər informasiya məhsullarının hazırlanması;
· Mətbuat konfranslarının, brifinqlərin, müsahibələrin və media nümayəndələrinin iştirakı ilə keçirilən digər tədbirlərin təşkili;
· Mediadan daxil olan sorğuların operativ şəkildə cavablandırılmasının təmin edilməsi;
· Kütləvi informasiya vasitələrinin, internet resurslarının və sosial media platformalarının gündəlik monitorinqinin aparılması;
· Komitənin fəaliyyəti ilə bağlı informasiya mühitinin təhlili, reputasiya risklərinin müəyyənləşdirilməsi və onların idarə olunması ilə bağlı təkliflərin hazırlanması;
· Media monitorinqinin nəticələri üzrə analitik arayışların və hesabatların hazırlanması;
· Komitənin kommunikasiya strategiyasının həyata keçirilməsində iştirakı.

Tələblər:

· Jurnalistika, ictimaiyyətlə əlaqələr, beynəlxalq münasibətlər, filologiya, siyasi elmlər, dövlət idarəetməsi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
· Jurnalistika, mətbuat xidməti, ictimaiyyətlə əlaqələr və ya kommunikasiya sahəsində ən azı 5 il iş təcrübəsi;
· Azərbaycan və ingilis dillərini sərbəst səviyyədə bilmək, rus dilini bilmək üstünlük hesab olunur.
· Rəsmi informasiya materiallarının hazırlanması və media ilə işləmək bacarığı;
· Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
· Ünsiyyət və təqdimat bacarığı;
· Komandada işləmək bacarığı;
· Diqqətlilik və təşkilatçılıq.

İş barədə məlumat:

· İş yeri: Bakı şəhəri;
· İş rejimi: 5 iş günü saat 09:00-18:00;
· Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

Maraqlanan namizədlərdən CV-lərini əməkhaqqı gözləntilərini qeyd etməklə hr-cv-construction@hotmail.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar