spot_img
HomeKaryeraCity Group müxtəlif sahələr üzrə təcrübə proqramı elan edib
spot_img

City Group müxtəlif sahələr üzrə təcrübə proqramı elan edib

City Group İnzibati, HR, Maliyyə, Marketinq və Hüquq sahəsi üzrə 2 aylıq təcrübə proqramını elan edir. Proqram məzunlar, həmçinin tələbələr üçün nəzərdə tutulmuşdur. Təcrübə müddəti gündəlik 4 saat olmaqla əyani təhsil alan tələbələr üçün uyğundur. Yalnız müsahibə mərhələsində məqbul hesab edilən namizədlər təcrübə proqramına cəlb ediləcək.Proqramı uğurla keçən namizədlərə müvafiq sertifikat veriləcək, həmçinin təcrübə müddətində seçilən təcrübəçilərin 2 aylıq müddətin sonunda təcrübə keçdiyi sahə üzrə işə qəbul edilməsi nəzərdən keçiriləcəkdir.

Bakı şəhərində növbəti 2 ay ərzində, gündəlik 4 saatdan artıq olmayaraq təcrübədə iştirak etmək imkanı;
İnzibati, HR, Maliyyə, Marketinq və Hüquq üzrə işlərin icra edilməsində mütəxəssislərə kömək etmək və ya mütəxəssislərin nəzarətində müstəqil olaraq həmin işləri icra etmək.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Caspian plaza (Nizami metrosu yaxınlığı)
Xüsusi tələblər

İnzibati, HR, Maliyyə, Marketinq və Hüquq sahəsi üzrə karyera qurmaq istəyi;
Kompüterdən elementar istifadə bacarığı;
Ali və ya kollec təhsilli məzun və ya müvafiq ali təhsil sahələri üzrə tələbə.
Müraciət etmək üçün: HR@city-leasing.com

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar