spot_img
HomeElan və XəbərlərLisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənəd qəbulu prosesi başladı
spot_img

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənəd qəbulu prosesi başladı

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.

Qəbul olunan şagirdlərin sənədləri 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir. Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən “Sorğularım” bölməsindən izləyə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar