spot_img
HomeElan və Xəbərlər"Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə
spot_img

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə

Azərbaycanın kənd həyatını, kənd təsərrüfatını və aqrar sahənin müxtəlif istiqamətlərini əks etdirən fotolarınız varsa, bu müsabiqə sizin üçündür!

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə fotomüsabiqə keçirilir.

Müsabiqə müddəti:
15 iyun – 30 sentyabr 2026

Müsabiqəyə hansı fotolar qəbul olunur?
• Fermerlərin fəaliyyəti və gündəlik həyatı
• Əkin və məhsul yığımı prosesi
• Kənd təsərrüfatı heyvanları
• Bitkilər və kənd təsərrüfatı
• Kənd təsərrüfatı texnikaları
• Kənd həyatını əks etdirən digər fotolar

Kimlər iştirak edə bilər?
Yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər!

Fotoaparat, smartfon və ya dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunur.

Müraciət qaydası:
Şərtlərə uyğun fotoları müəllifin:

• Adı, soyadı
• Ata adı
• Yaşadığı şəhər
• Əlaqə nömrəsi

ilə birlikdə musabiqe@outlook.com elektron poçt ünvanına göndərmək lazımdır.

Müsabiqənin məqsədi:
Ölkəmizin bölgələrinə, kənd təsərrüfatına və bu sahədə çalışan insanların həyatına diqqəti artırmaq, aqrar peşələrin nüfuzunu yüksəltmək, yaradıcılığı və sosial fəallığı təşviq etməkdir.

Kənd həyatını öz obyektivindən göstər və müsabiqədə iştirak et!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar