ADNSU-nun Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Boota Green Talent Academy” inkişaf proqramı gəncləri yaşıl enerji sahəsində yeni bilik və bacarıqlar qazanmağa dəvət edir.
Tələbə və məzunlar, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislər üçün nəzərdə tutulan proqram 8 həftə davam edəcək və iştirak tamamilə ödənişsizdir.
Qeydiyyat üçün QR kodu skan etməyi unutma və ya aşağıdakı linkə daxil ol!



