spot_img
HomeElan və XəbərlərTəhsilBakıda “Gənc qadınların sahibkarlıq akademiyası” layihəsinin açılış mərasimi keçiriləcək
spot_img

Bakıda “Gənc qadınların sahibkarlıq akademiyası” layihəsinin açılış mərasimi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Gənc qadınların sahibkarlıq akademiyası” layihəsinin açılış mərasimi keçiriləcək.

Layihənin əsas məqsədi gənc qadınların sahibkarlıq sahəsində bilik və bacarıqlarını artırmaq, biznes təşəbbüslərinə marağını gücləndirmək və onların iqtisadi fəallığını təşviq etməkdir.Layihə çərçivəsində iştirakçılar üçün sahibkarlıq fəaliyyəti, qanunvericilik, sənəd dövriyyəsi və biznesin idarə olunması istiqamətlərində təlimlər, panel müzakirələri və praktiki bootcamplar təşkil olunacaq.Açılış mərasimində iştirakçılar sahibkarlıq sahəsində ixtisaslaşmış ekspertlərlə görüşəcək, onların təcrübə və tövsiyələrindən faydalanmaq imkanı əldə edəcəklər. Bununla yanaşı, tədbir zamanı layihənin növbəti mərhələləri, iştirak qaydaları və nəzərdə tutulan fəaliyyətlər barədə məlumat veriləcək.Qeyd edək ki, açılış mərasimi 28 noyabr 2026-cı il tarixində saat 12:00-da Qafqaz Sahil Hotel Bakı-da keçiriləcək.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar