spot_img
HomeElan və XəbərlərTəhsilIV Tələbə Mentorluq Proqramına qəbul başladı
spot_img

IV Tələbə Mentorluq Proqramına qəbul başladı

Gənclər və karyera inkişafı

“Yüksəliş” müsabiqəsi çərçivəsində IV Tələbə Mentorluq Proqramına qeydiyyat elan olunub. Proqram III–IV kurs tələbələrinin peşəkar və şəxsi inkişafına dəstək göstərməyi, onların təcrübəli mentorların bilik və təcrübəsindən yararlanmasını hədəfləyir.

Proqramda Azərbaycan Respublikasının 18 yaşını tamamlamış və iştirakçı universitetlərdə bakalavriat səviyyəsində III–IV kursda təhsil alan tələbələri iştirak edə bilərlər.Proqramın əsas məqsədi tələbələr və “Yüksəliş” müsabiqəsinin qalibləri arasında bilik və təcrübə mübadiləsini təmin etmək, gənclərin gələcək karyeralarına daha hazırlıqlı başlamalarına kömək etməkdir.Proqram çərçivəsində mentorlar öz peşəkar fəaliyyətləri, əldə etdikləri uğurlar və qarşılaşdıqları çətinliklərlə bağlı təcrübələrini tələbələrlə bölüşəcəklər. Bununla yanaşı, iştirakçıların bilik və bacarıqlarının artırılması məqsədilə altı moduldan ibarət təlimlər də təşkil olunacaq.IV Tələbə Mentorluq Proqramı 2026-cı ilin dekabr ayından 2027-ci ilin iyul ayınadək davam edəcək.Proqramı uğurla başa vuran iştirakçılara “Yüksəliş” müsabiqəsi tərəfindən sertifikat və mentorları tərəfindən tövsiyə məktubu təqdim olunacaq. Müraciət üçün son tarix 8 dekabr 2026-cı il olaraq müəyyən edilib. Proqramda iştirak etmək istəyən tələbələr qeydiyyatdan aşağıdakı keçid vasitəsilə keçə bilərlər:

Qeydiyyat linki:

https://forms.gle/HKuysCyHpwD9YUuW8

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar