2025-ci ilin ilk altı ayı ərzində fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və ya verilməməsi ilə bağlı yekun nəticələr açıqlanıb.
Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan müəllimi”nə verdiyi məlumata əsasən, ən çox fəlsəfə doktoru diplomu filologiya üzrə təqdim edilib – 52 nəfər. İqtisad elmlərində 46, tibb elmlərində isə 32 nəfər bu dərəcəni alıb.
Eyni zamanda, ən çox imtina da filologiya sahəsində qeydə alınıb – 23 nəfər. Sənətşünaslıqda 18, biologiya, tibb və kimya sahələrinin hər birində isə 13 nəfərin elmi dərəcə almaq müraciəti rədd olunub.
Bundan əlavə, riyaziyyat (12 nəfər), texnika elmləri (27 nəfər), tarix elmləri (10 nəfər), kimya elmləri (19 nəfər), psixologiya (7 nəfər), milli təhlükəsizlik və hərbi elmlər (3 nəfər) kimi müxtəlif sahələrdə də fəlsəfə doktoru dərəcəsi alanlar olub.